AZ

Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ

"Azərbaycan hal-hazırda "Böyük Qayıdış" layihəsini həyata keçirməklə məşğuldur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, ermənilər 30 il müddətində 300-dən çox yaşayış məntəqəsini, ictimai binaları, bütün infrastrukturu darmadağın ediblər: "Bunun bərpasına, təbii ki, bir neçə il lazımdır. Nəzərə alsaq ki, Azərbaycan orada əraziləri minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Üç dəfədən çox ərazi minalarla çirkləndirilib. Bir milyondan çox mina var. Azərbaycan bu minalardan təmizləməni yaxın 10 il ərzində güclə başa çatdıra bilər. Amma çox sürətlə işlər gedir.

Azərbaycanın bir neçə yaşayış məntəqələrində köç uğurla həyata keçirilir. Ən yüksək səviyyədə Füzuli rayonunda, Laçında, Laçının kəndlərində həyata keçirilir. Bu ilin may ayında Xocalıya qayıdış başlayacaq. İnanıram ki, Qarabağ Universiteti fəaliyyətə başlayanda Xankəndi və ətrafına daha çox əhali qayıdacaq. Azərbaycan bütün imkanlarından istifadə edir. Heç kimdən bir qəpik almadan bütün bərpa işlərini özü həyata keçirir. Həmin ərazilərin infrastrukturu, demək olar ki, başa çatmaq üzrədir. Burada "Azərenerji", "Azərişıq", "Azərsu", "Azərbaycan Dövlət Avtomobil Yolları" Agentliyi çox gözəl işləyir. Həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə kifayət qədər fəaliyyət göstərir. Tikinti işləri də uğurla gedir. Yaxın iki il ərzində oraya təxminən 140 min əhali köçməlidir. Bu da əhalinin beşdən biri deməkdir. Bu, böyük rəqəmdir.

Qısa zaman kəsiyində müharibə bitəndən 5 il ərzində əhalinin 20%-ni geri qaytarmaq çox böyük rəqəmdir. Azərbaycan bunu hədəfləyib və hədəfinə də çatacaq. Çünki burada qardaş Türkiyə və digər ölkələrdən 10-a qədər ölkənin müxtəlif təyinatlı, özəl və dövlət qurumları iştirak edir. Hal-hazırda həm də yeni idarəetmə üsulu həyata keçirilir. Prezidentin nümayəndəliyi sistemi həyata keçirilir. Yəqin ki, gələcəkdə onlar da birləşdiriləcək. Çünki hal-hazırda ərazidə bərpa işlərinə bir-iki adamın nəzarət etməsi mümkün deyil. Bütün hallarda Qarabağda həm dünya standartlarına cavab verən yaşayış məntəqələri, infrastruktur, yeni sənaye sahələri yaradılır. Mən inanıram ki, orada aqrar sektorun da inkişafı ilə bağlı normal planlar var. Onlar da həyata keçiriləcək. "Böyük Qayıdış"la bağlı nəzərdə tutulan vaxtdan belə Azərbaycan o zamanı qabaqlayır".

Müəllif: Söylü Ağazadə
phrase_var_article.chosen
82
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close