AZ

“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO

“Bədən üzvlərinin sığortası könüll sığorta növünə aiddir. Sığorta şirkətləri də fərdi yanaşa bilərlər. Buna dünya praktikasından bir çox misallar da gətirə bilərik. Hansı ki, məşhur ulduzlar daha çox bu sığorta növünə müraciət edir. Bu adətən reklam xarakterli olur. Müəyyən qədər daha yüksək məbləğ təminat verməklə hər hansı bədən üzvünü sığorta etdirmək mümkündür. Sığortanın təyinatı daha çox təminat əldə etməkdir. Həm təminat vermiş olur, həm də fərdi və fərqli yanaşaraq reklam xarakterli də bir addım atılmış olur”.
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib. O daha sonra əlavə edib.
 
“Tanınmış və sevilən müğənnimiz Nigar Camal o vaxt üzünü sığortalamışdı. O vaxt mətbuata açıqlanmışdı ki, sığortalanma 1 milyon dəyərində idi. Əlbəttə ki, Allah etməsin, hər-hansısa problem yaranarsa onun tibbi xərclərini sığorta şirkəti qarşılayacaq. Burada da müəyyən bir razılığa gəlib sığorta təminatı vermək mümkündür. Mən təcrübəmdən deyim ki, futbolçulardan müraciətlər çox olub. Onların işi elədir ki, ayaqları tez-tez zədələnir. Müraciətlərin çoxu da ayaqlarını sığorta etdirməklə bağlı olub. Əslində sığorta şirkətləri bu cür risklərin qarşılığında nisbətən yuxarı sığorta haqqı təklif edə bilərlər. Təbii ki, sığorta şirkətləri bundan imtina da edə bilər. Bu artıq asılıdır onların yanaşmasından. Belə deyək də, könüllü sığorta növündə şirkətlər köhnə avtomobillərin kasko sığortasını etmir. Bilirlər ki, riskləri var. Eynilə də daha yaşlı insanlar ola bilər ki, müraciət etsinlər, cavab olaraq müraciət imtina olunsun. Çünki bu gün könüllü tibbi sığortanı fərdi şəkildə əldə etmək mümkün deyil. Hər-hansısa vətəndaşın səhhətində narahatlıq varsa, daha çox onlar gedib bu könüllü sığorta növünü əldə edəcəklər. Bu da sığorta şirkətləri üçün yalnız zərərli baza kimi formalaşmış olacaq. Onsuz da könüllü tibbi sığorta bu sektor üçün ən az mənfəət gətirən məhsullardandır.
 
Bu sığorta növü ilə bağlı müraciətlərin sayı azdır. Amma müraciət edənlərin sayı artarsa rəqabət də artar. Qiymət baxımından da sığorta şirkətləri daha aşağı məbləğ təklif edərlər”, - deyə ekspert Emil Ağabağırov deyib.
Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18542
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17804
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17058
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16653
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15549
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14734
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14054
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13786
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11092
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10952
"Zaur, yenə çaşdın..." - VİDEO
8556
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7580
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6867
Minimum əmək haqqı nə qədər arta bilər?
6799
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6422
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5938
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5561
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5421
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5043