AZ

Ançelotti Qvardiolanın “Mançester Siti”si ilə ÇL oyunundan danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti ÇL-in 1/4 finalında Xosep Qvardiolanın “Mançester Siti”si ilə üzləşəcəyi qarşıdurma haqda danışıb.

Arena.az jurnalst Alfredo Pedullanın saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bəli, biz son illərdə bir-birimizi tez-tez görürük. Amma bu, yaxşıdır və o deməkdir ki, ikimiz də qaydasındayıq. “Mançester Siti” ilə oyun böyük sınaq olacaq. Ardıcıl üçüncü ildir ki, bir-birimizlə yarışırıq, bu oyun futbolun məkanı olacaq”, deyə Ançelotti vurğulayıb.

“Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə keçiriləcək. Bu komandalar arasındakı cavab oyunu isə aprelin 17-də Mançesterdə baş tutacaq.

Xatırladaq ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının cari çempionudur. Ötən yarışın yarımfinalında Xosep Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” “Real”ı ümumi hesabda 5:1 hesabı ilə məğlub edərək yarışın finala vəsiqə qazanmışdılar. Səfərdə baş tutan oyunda qalib müəyyənləşməmişdisə (1:1), Mançester təmsilçisi evdə 4:0 hesabıyla üstün olmuşdu. Finalda isə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.

UEFA Çempionlar Liqasının 2021/2022 mövsümündə isə “Real” 1/4 final mərhələsində “Mançester Siti”ni ümumi hesabda 6:5 hesabı (səfərdə: 3:4, evdə: 3:1) ilə məğlub edərək, sonda çempionluğu bayram etmişdi. “Real”ın Madriddə ümumi hesabı öz xeyrinə həll etdiyi cavab oyunu dramatikliyi ilə yadda qalmışdı. Həmin oyunda “kral klubu” əsas vaxtın son saniyəlrində əzmkarlıqla oyunda geri dönüş etmiş, əlavə vaxta isə oyunun taleyini öz xeyrinə həll edə bilmişdi – 3:1.

Seçilən
116
50
Mənbələr
Şərh ()
Bağla