AZ

Makron məğlubiyyətini etiraf edə bilmir

Bəs Yelisey sarayı Azərbaycana qarşı planların fiaskoya uğramasının məsuliyyətini kimlərin üzərinə qoymaq istəyir?..

Fransa bütün vasitələrlə Cənubi Qafqazda gərginliyi artırmağa çalışır və bunun üçün dəridən-qabıqdan çıxır. Elə 5 aprel 2024-cü ildə keçirilməsi nəzərdə tutulan  Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək konfransı da Makronun rəhbərlik etdiyi Fransanın bu məkrli oyunlarına xidmət edir. Amma rəsmi Parisin bu canfəşanlığının bir nəticə verməyəcəyi şübhəsizdir. Fransanın BMT Təhlükəsizli Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək cəhdlərinin dəfələrlə fiaskoya uğramasını buna  sübut kimi göstərmək olar.

Fransanın bu kimi geriçəkilmələri, məğlubiyyətləri artıq  Yelisey sarayının tezisləri ilə fəaliyyət göstərən “Le Fiqaro” nəşrində də  öz əksini tapıb. Belə ki, bu günlərdə qəzeti yazıb ki, Fransa Prezidenti Emmanuel Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmamışdı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib. Hətta həmin müzakirəyə ermənipərəst yazıçı Silven Tessonu da cəlb edib. Amma bu canfəşanlığına baxmayaraq, Makron Vatikandan istədiyi dəstəyi ala bilməyib. Məqalədən aydın olur ki, Yeliseydə bağlı qapılar arxasında digər görüşlər də təşkil olunub. Həmin görüşlər də fiaskoya uğrayıb. Bu mənada Yelisey sarayını şeytan yuvası adlandırmaq olar. Bütün bunlar Fransa hakimiyyətinin və şəxsən Prezident E.Makronun Azərbaycana qarşı son dərəcə düşmən münasibəti bəsləməsini, ermənipərəstliyini açıq formada bir daha göstərir. “Le Fiqaro” bu yazısında diqqəti çəkən məqam ondan ibarətdir ki, bilərəkdən, ya bilməyərəkdən Fransanın ölkəmizə qarşı qurduğu pozucu planlar de-fakto ifşa olunub. Digər məqam ondan ibarətdir ki, məqalədə haylara üstüörtülü eyham vurulur ki, bundan artıq sizin üçün heç nə edə bilmərik. Azərbaycan çox güclüdür, yeganə yol onunla anlaşmaqdır.

Amma bu faktları dövriyyəyə buraxan “Le Fiqaro”nun sən demə, məqsədi başqa imiş. Belə ki, bu mətbuat orqanı həmin məlumatları sızdırmaqla Yelisey sarayının Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-ın, Vatikanın və digərlərinin üzərinə yükləyir.  Bununla da  o, dünyada kifayət qədər tanınan, XXI əsrin liderlərindən olan, 2020-ci ildə 44 günə ölkəmizin ərazi bütövlüyünü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyini tam bərpa edən, bölgədə yeni reallıqlar yaradan Prezident İlham Əliyevə məğlub olmasının məsuliyyətini başqalarının üzərinə atmaq məqsədi güdür. Halbuki, o, siyasi arenalarda məhz Azərbaycan Prezidentinə məğlub olub.  Yeri gəlmişkən qeyd edək ki, Makronun neokolonalist siyasətini sərt tənqid edən Prezident İlham Əliyev onun Ermənistanı “silahlandırmaqla” Qafqazda “yeni müharibə hazırladığını” dəfələrlə vurğulayıb. Bildirib ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir.  Fransanın, həmçinin militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı kimi çıxış etdiyini deyən dövlətimizin başçısı rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də qeyd edib. Fevralın 7-də  böyük səs çoxluğu ilə  yenidən Prezident seçilmiş cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində  bəyan edib ki, Ermənistanla münaisbətlərin normal hala salınmasında heç bir beynəlxalq vasitəçilik istəmir. Hətta Fransaya və Ermənistanın digər havadarlarına “Gedin, öz işinizlə məşğul olun” demişdi. Bununla da Makronun Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulamışdır.

“Le Fiqaro”  qəzetində dərc olunan “Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası” başlıqlı həmin məqalədə Prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulmaqla yanaşı, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti də ortaya qoyulub. Amma bundan sonra  Afrika qitəsindəki uğursuzluqlar fonunda öz nüfuzunu qorumağa çalışan Makron Cənubi Qafqazda neyləsə də  faydası yoxdur. Necə deyərlər, artıq  qatar keçib. Yəni, Azərbaycan ərazi bütövlüyünə, suverenliyinə nail olub. Erməni vandallarından təmizlənmiş yurd yerlərimizdə  Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində dünyanı heyrətə gətirəcək işlərə imza atmağımız da bunu bir daha sübut edir.

Qvami Məhəbbətoğlu, “İki sahil"

Seçilən
82
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18441
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17760
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16987
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15866
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15495
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14622
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13681
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13328
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10976
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10897
"Zaur, yenə çaşdın..." - VİDEO
8537
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7539
Minimum əmək haqqı nə qədər arta bilər?
6747
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6743
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6346
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5626
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5468
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5376
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5008