AZ

Polşa Baş naziri: Heç kimi qorxutmaq istəmirəm, amma müharibə realdır

"1945-ci ildən bəri ilk dəfədir ki, Avropada müharibə yenidən real olur: biz hazırda "müharibə öncəsi dövrə gedirik".

APA xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

Polşa Baş naziri Rusiyadan artmaqda olan təhdidlərdən narahatlığını bildirib.

"Müharibə artıq keçmişin anlayışı deyil, hər bir ssenarinin mümkündür və biz yeni dövrün gəlişinə zehni olaraq öyrəşməliyik, yəni müharibə qabağı dövrə. Mən şişirtmirəm. Bu, gündən-günə daha çox nəzərə çarpır. Bu səbəbdən Avropa müdafiə sahəsinə daha çox sərmayə qoymalı olacaq, lakin indi prioritet Ukrayna üçün texnika və sursat almaq üçün mümkün qədər çox xərcləməkdir, çünki biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq və əgər Ukrayna uduzsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək", - Polşanın hökumət başçısı bildirib.

Baş nazir Tusk etiraf edib ki, o, müharibənin mümkünlüyü barədə sualı "hər yerdə eşidir. Bu, dövlət rəhbərləri arasında yayılır".

"Heç kəsi qorxutmaq istəmirəm lakin müharibə artıq keçmişdən gələn bir anlayış deyil. Bu, realdır, əslində bu, iki ildən çoxdur ki, başlayıb, - deyə o, Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasına toxunaraq əlavə edib.

Polşa Baş nazirinə müsahibə zamanı Rusiyanın qanadlı raketinin Polşanın hava məkanını pozması ilə bağlı da sual verilib.
"Avropanın bizə aid hissəsində müharibə artıq abstrakt deyil - bizim vəzifəmiz müzakirə etmək deyil, hərəkətə keçmək və müdafiəyə hazırlaşmaqdır. Biz hazır olmalıyıq", - Donald Tusk vurğulayıb.

Avropanın yeni dövrə hazır olması kontekstində Baş nazir deyib ki, "bu istiqamətdə görüləcək hələ çox iş var, amma xoşbəxtlikdən, Avropa düşüncəsinə gəldikdə artıq əsl inqilabı görmək olur".


Donald Tusk xatırladıb ki, o, 2007-2014-cü illərdə Baş nazir olarkən "Rusiya təhlükəsi ilə bağlı onun xəbərdarlıqlarına Baltikyanı ölkələrdən başqa heç kim əhəmiyyət verməyib".

Seçilən
192
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14567
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14197
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14069
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12087
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10191
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8519
"Zaur, yenə çaşdın..." - VİDEO
7518
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5617
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4020
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3985
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3868
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3824
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3654
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3484
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3020
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3015
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2800
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2741
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2643