AZ

Taksilərlə bağlı yeni qərarın DETALLARI: "Kimlərinsə 9, 10, 11 ili keçmiş avtomobilləri varsa..."

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələblərdən biri isə taksi minik avtomobillərinin rəngi ilə bağlıdır. Belə ki, sözügedən avtomobillər ağ və ya qırmızı rənglərdə olmalıdır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, rənglə bağlı bu tələb iyulun 1-dən sonra ölkəmizə gətiriləcək və yaxud ölkəmizdə istehsal olunacaq taksilərə aiddir:

 

“Bu o deməkdir ki, kiminsə əlində başqa rəngdə taksi üçün istifadə etdiyi avtomobil varsa, yaxud iyulun 1-nə qədər fərqli rəngdə olan avtomobildən taksi üçün istifadə edə biləcəksə, bu avtomobillər digər tələblərə də cavab verirsə, onlardan olduğu rəngdə iyulun 1-dən sonra da istifadə edə bilərlər. Yəni rənglə bağlı tələb yalnız iyulun 1-dən sonra ölkəmizə idxal olunan və ya istifadə olunan avtomobillərə aiddir”.

 

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

 

Ekspert sözügedən məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, 8 il məsələsi ilə bağlı tələb iyul ayının 1-dən sonra qüvvəyə minir:

 

“Bu o demək deyil ki, 8 ildən yuxarı yaşı olan avtomobillərdən heç bir halda taksi kimi istifadə oluna bilməz. Hazırda kimlərinsə 9, 10, 11, hətta 14 ili keçmiş avtomobilləri varsa, ondan taksi kimi istifadəni davam etdirmək istəyirsə, o zaman iyulun 1-nə qədər avtomobilini digər tələblərə də uyğunlaşdırıb Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək buraxılış kartını ala bilər. Əgər 8 ildən artıq yaşı olan avtomobillərə buraxılış kartını iyulun 1-nə qədər ala bilməsələr, həmin tarixdən sonra artıq ala bilməyəcəklər. Amma iyulun 1-nə qədər ala bilsələr, həmin avtomobillərin yaşı 15-ə çatana qədər onlardan taksi kimi istifadə edə biləcəklər. 8 və 15 il məsələsində həm də başqa bir incəlik var. Tutaq ki, kiminsə avtomobilinin 7 il 11 ay yaşı var və ona buraxılış kartı alır. Buraxılış kartı 7 il müddətinə verildiyinə görə, kartın qüvvədə olduğu dövrün sonuna qədər, yəni avtomobilin yaşı 15-ə çatana qədər ondan taksi kimi istifadə edə biləcək”.

 

Günay

Seçilən
40
20
Mənbələr
Şərh ()
Bağla