AZ

Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı - Satmaq istəyənlər isə 3 dəfə artdı

Bakı. Trend:

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılıştarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatıvasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarındaistifadə oluna bilməz.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarındaistifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri,daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsihaqqında qərarda əksini tapıb.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılıştarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrininqiymətinə necə təsir edəcək?

Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanlarıkəskin artıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrəekspert Elnur Sərdarlı bildirib ki, taksi fəaliyyəti ilə məşğulolanlar, əsasən, "Toyota Prius" markalı avtomobillərdən istifadəedir.

"Yeni qərardan sonra elan saytlarında "Prius"ların satışelanları kəskin artıb. Dünən elan saytlarında 443 "Prius" markalıavtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə,avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan "Prius"ların 95%-i2008-ci ilə qədər olan avtomobillərdir.

Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən "Prius"ların60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu datəqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manatasatılan "Prius"ları 10500-10000 manata almaq olur. Qiymətlərin dahada ucuzlaşması gözlənilir", - deyə o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki,buraxılış tarixindən 15 ildən artıq müddəti keçən "Prius"larınqiyməti ucuzlaşa bilər.

"Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağınıdüşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çoxdaşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub.Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyatvasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimainəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımızavtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinətələbat artacaq. Bir reallığı da nəzərə almaq lazımdır ki hər adamyeni avtomobil ala bilmir".

Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvarayının 1-dən elan edilməli idi.

"Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksifəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi.Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlarçalışmalıdır", - deyə ekspert qeyd edib.

Məqalədə:
Seçilən
34
10
Mənbələr
Şərh ()
Bağla