AZ

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir

Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə III Aqrobiznesin İnkişafı Forumu keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumu giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Nazir bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar bu sahənin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Çərçivə Konvensiyası üzrə Tərəflərin Konfransına bu il Azərbaycanın ev sahibliyi edəcəyini deyən nazir Məcnun Məmmədov qeyd edib ki, COP 29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında və daha geniş iqtisadi inkişaf üçün maliyyə dəstəyinin təmin edilməsində mühüm rolu olacaq. Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək: “Dünyada baş verən iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı proseslər “ənənəvi kənd təsərrüfatı istehsalı modeli”ndən “təsərrüfatın intensiv idarəedilməsi”nə keçidi şərtləndirir. Bu istiqamətdə beynəlxalq miqyasda müsbət təcrübə kimi bilinən dövlət-özəl sektor tərəfdaşlığının mühüm əhəmiyyəti var. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri bu sahəyə investisiya qoyuluşunu cəlbedici edir və ümidvaram ki, Siz iş adamları bu imkanları da nəzərdən keçirəcəksiniz”.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat verib. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə kənd təsərrüfatının iqtisadiyyatın əsas sahələrindən biri olduğunu vurğulayıb. Məmməd Musayev əlavə edib ki, üzv ölkələrin aqrar potensialından səmərəli istifadə ümumi iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmiz dinamik inkişaf edir. Kənd təsərrüfatının ölkə iqtisadiyyatında xüsusi yerə sahib olduğunu deyən komitə sədri aqrar sahənin intensiv inkişafının müasir texnologiyaların tətbiqindən birbaşa asılı olduğunu, dövlətin bu istiqamətdə hərtərəfli dəstək tədbirləri ilə aqrar sahənin inkişafında yeni mərhələnin başladığını vurğulayıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkənin bütün regionlarında olduğu kimi Qubada da kənd təsərrüfatının inkişafına mühüm diqqət yetirildiyini, həyata keçirilən tədbirlərin, o cümlədən bu cür tədbirlərin aqrar sahəyə öz töhfəsini verəcəyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. KOBİA sədri bildirib ki, müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi uğurlar əldə edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Əliyar Məmmədyarov aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, o cümlədən bu sahənin inkişafı ilə bağlı dövlət-özəl sektor əməkdaşlığı və digər məsələlərə toxunub. Mərkəzi Bank rəsmisi aqrobiznes subyebtlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu, kənd təsərrüfatı sahəsinin kreditləşməsi istiqamətində davamlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən, dayanıqlı kənd təsərrüfatı inkişafının təmin olunması yollarından bəhs edib.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman TDT ölkələrinin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər barədə fikirlərini bölüşüb, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı planları açıqlayıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə mövcud vəziyyət”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) böyük aqromaliyyə mütəxəssisi Frank R. Höllinger “Aqrar sahənin maliyyələşmə ehtiyacları, tələb və təklif əsaslı qiymətləndirmə” mövzusunda təqdimatlar keçiriblər.

Forum öz işini panel sessiyalarla davam etdirir.

Seçilən
132
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18618
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17845
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
17327
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17096
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15631
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14825
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14336
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14126
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11201
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10992
"Zaur, yenə çaşdın..." - VİDEO
8595
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7629
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6927
Minimum əmək haqqı nə qədər arta bilər?
6829
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6497
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6202
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5615
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5450
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5071