AZ

UEFA AÇ-2024-ün reqlamentinə dəyişiklik edə bilər

UEFA bu il Almaniyada keçiriləcək Avropa Çempionatında (AÇ-2024) iştirak edəcək komandaların heyətini 26 oyunçuya qədər genişləndirə bilər.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Avropa futbolunun rəhbər qurumu “bəzi milli komandaların məşqçilərinin Avropa çempionatı üçün komandaların tərkibi ilə bağlı şərhlərini nəzərə alıb”. Bu barədə qərar aprelin 8-də yarış üçün seçilmiş bütün komandaların nümayəndələrinin iştirakı ilə keçiriləcək seminarda veriləcək.

Xatırladaq ki, hazırda milli komandaların ünvanladığı iştirak ərizələrində heyətə 23 futbolçunun daxil edilməsinə icazə verilir. Bununla belə, AÇ-2020-də 26 futbolçunun milli komandaların iştirak ərizəsinə daxil edilə bilməsi mümkün idi ki, bu da koronavirus infeksiyasının dünya futboluna mənfi təsiri ilə bağlı müvafiq tədbir idi.

Növbəti Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarını 10 şəhərin 10 stadionu ev qəbul edəcək. Hazırkı Avropa çempionu İtaliyadır.

AÇ-2024-ün final mərhələsində qrupların tərkibi aşağıdakı kimidir:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla