AZ

"Biz gecəyə qədər oturduq, hər şeyi..." - Lavrov Paşinyanla nələri MÜZAKİRƏ ETDİ?

“Ermənistan Baş naziri Nikol Paşinyan bir gecədə qərarını dəyişdi”.

 

Sfera.az bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib. O, sözügedən cümlədən KTMT məsələsi barədə danışarkən istifadə edib.

 

“KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Azərbaycanla münasibətlərdəki gərginliyi azaltmaq üçün 2021-ci ildə Ermənistana müşahidə missiyasını göndərməyə hazır idi. Biz gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik. Səhər prezidentlər və baş nazirlər görüşəndə məlum oldu ki, qərarla bağlı heç bir razılıq yoxdur. Bir neçə gün sonra isə Paşinyan Aİ-nin sülhməramlı missiyasını Ermənistana dəvət etdi və Azərbaycana onların cəmi 2 ay qalacağı vədini verdi", - Rusiya XİN rəhbəri bildirib.

 

Lavrov fikirlərini bu cür davam etdirib:

 

“2 aydan sonra Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən hərbi personal ora göndərilir. Bunu Şimali Atlantika Alyansının missiyasına çevirirlər”.

 

Rusiya xarici işlər naziri həmçinin, Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında da ittiham edib. O, müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazirlə danışdığını vurğulayıb:

 

“Düşünürdüm ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, KTMT və Aİİ (Avrasiya İqtisadi İttifaqı) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana hansı faydalar gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə ölkə rəsmiləri, Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu deyirlər. Onlar qeyd edirlər ki, KTMT guya Ermənistan qarşısında öz öhdəliklərini yerinə yetirmir”.

 

Günay

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla