AZ

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

GUAM

Kiyev, 29 mart, AZƏRTAC

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə GUAM-ın İşçi Qrupunun 25-ci onlayn iclasında müzakirələr aparılıb.

İclasda tərəflər milli qanunvericiliklərdə dəyişikliklər, əməliyyat vəziyyəti və üzv ölkələrin insan alveri ilə mübarizə, qeyri-qanuni miqrasiya, o cümlədən ikitərəfli əməkdaşlıq barədə məlumat mübadiləsi aparıblar.

İştirakçılar, həmçinin GUAM-ın üzv ölkələrində insan alveri və qanunsuz miqrasiya ilə mübarizə, habelə hərbi, fövqəladə hallarda miqrasiya meyllərinə dair əməliyyat vəziyyətini müzakirə ediblər.

Onlayn iclasda qərara alınıb ki, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində işlər davam etdirilsin.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
azertag.az

1Mənbələr