AZ

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

“Uğurlarımın

Bakı, 29 mart, AZƏRTAC

AZƏRTAC “Müasir Azərbaycan peşəkarı” silsiləsindən İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Altay Qəribovun uğur hekayəsini təqdim edir.

Altay 2004-cü ildə Şamaxıda anadan olub. 8-ci sinfədək Şamaxıda 2 nömrəli tam orta məktəbdə, 9-cu sinfi isə Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə oxuyub, dərslərinə məsuliyyətlə hazırlaşıb. Uşaqlıq illərindən araşdırmağı sevən, yeni şeylər öyrənməyə həvəsi olan Altayda 10-11 yaşında kulinariyaya böyük maraq oyanır. 7-ci sinifdə oxuyanda peşə təhsili almağı qərara alır. Sevdiyi peşə ilə məşğul olmaq, sevdiyi sahəni öyrənmək fikri ona daha maraqlı gəlib. 2019-cu ildə aşpaz ixtisasına qəbul olan Altay tezliklə öz bacarığı ilə hər kəsin diqqətini çəkməyə başlayır. İlk günlərdən ixtisası üzrə təcrübələrdə iştirak etməyə can atan müsahibimiz orada da özünə hörmət qazanır.

Altay deyir ki, onun peşə təhsilinə gəlişi də aşpazlığa olan böyük sevginin nəticəsidir: “Vaxt keçdikcə aşpazlığa həyat tərzi kimi yanaşmağa başladım. Fikrimcə, uğurlarımın arxasında duran ən böyük səbəblərdən biri də budur”.

Karyerasına professional mətbəxdə ilk dəfə aşpaz köməkçisi kimi fəaliyyətə başlayan Altay qısa vaxt ərzində tanınmış kafe və restoranlarda aşpaz və bu sahə üzrə digər vəzifələrə (Sous Chef, Chef De partie) yüksəlir. O, yerli müsabiqələrdə iştirak etməklə yanaşı, beynəlxalq yarışlarda da ölkəmizi təmsil edib: “İlk dəfə “Qızıl şah 2022” yarışında komanda heyətində çıxış edərək gümüş medala layiq görüldüm. Bu, mənim üçün çox böyük uğur idi, ilk dəfə özümü sınayırdım və belə bir nəticə əldə etmişdim. Nailiyyətim məni növbəti il daha yaxşı çıxış etməyə ruhlandırdı və “Qızıl şah 2023” yarışmasında çıxış etdiyim kateqoriyada ən yüksək balı topladım - 92 balla qızıl medala sahibləndim.

Daha sonra həmin ilin may ayında Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün seçildim və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının milli komandasının tərkibində Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən “Alan Thong Golden Coffee Pot Challenge” yarışmasında iştirak etdik. Həmin müsabiqədə gümüş medala və kuboka layiq görüldük. Bu nailiyyətlər mənə çox böyük motivasiya və sevinc verdi”.

Altay Qəribovun fikrincə, insan öz peşəsinə hörmət və sevgi ilə yanaşdıqda gec ya tez, mütləq uğura nail olacaq: “Bütün uğurlarıma görə, mənə bu sənətin incəliklərini öyrədən müəllimlərimə, ustalarıma dərin təşəkkürümü bildirirəm. Hər kəsə sevdiyi, zövq aldığı iş ilə məşğul olmağı tövsiyə edirəm. İnsan ona maraqlı olan işlə məşğul olduqda yorulmur və hər gün onun üçün maraqlı keçir. İkinci məsləhətim isə, heç vaxt getdikləri yoldan geri dönməsinlər və uğursuzluqlara baxmayaraq davam etsinlər”.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
2973
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2475
Bakıda hoteldə yanğın başlayıb
2077
Bu yol qovşağında təmir işləri aparılacaq
2030
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1123
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1082
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
887
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
851
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
832
Çingiz Mustafayevin toyudur - FOTOLAR
801
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
707
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
693
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
609
Sabah 5 kəndin qazı kəsiləcək
605
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
598
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
590
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
557
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
524
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
476
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
470