Bakı. Trend:
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.8%-nitəşkil edib.
Trend-in Azərbaycan MərkəziBankına istinadən xəbərinə görə, banklar və “Azərpoçt” MMC-ninödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Beləki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı2%, POS-terminalların sayı 14.4% artıb.