AZ

Elladadan başlanmış SƏYAHƏT – “Aptek” sözünün etimologiyası

İmarət Cəlilqızı, filoloq

Yaşadığımız ərazilərdə elə bir məkan var ki, oraya istər-istəməz hamımızın yolu düşür. Adına “aptek” də deyilir, “əczaxana” da, amma dilimizdə “aptek” sözü daha çox işlənir. Bu söz dilimizə gəlib çatana qədər bir xeyli yol qət edibdir: əvvəlcə yunan dilində “kənara qoyuram, gizlədirəm” mənası verən “apotithemi” feilindən “apotheka” səklində yaranmış söz elə olduğu səkildəcə latın dilinə keçmişdir. Sonra latın dilindən alman dilinə adlamış və bu zaman şəkli bir az dəyişilmiş, “apotheke” formasına düşmüşdür. Avropa ölkələrində səyahətini davam etdirən söz Polşaya catanda formaca yenidən dəyişikliyə uğramış, bu dəfə “apteka” görkəmi ilə tanınmağa başlamışdır. Nəhayət, XV əsrin sonlarında Rusiyaya təşrif buyurmuş sözü ruslar polyaklardan formasını dəyişdirmədən qəbul edib əczəxanalarının qarşısına asdıqları lövhələrə “APTEKA” sözlərini yazmışlar.

Günlərin bir günü “apteka” Azərbaycana da gəlmiş, lakin bizimkilər dilimizə rus  dilindən keçmiş bir sıra digər sözlərdə olduğu kimi ( məsələn: proqram, rezin, raket, qrup və s.) sözün sonuncu hərf(lər)ini ixtisar etdikdən sonra ona vətəndaşlıq hüququ vermişlər.

Bəs “aptek(a)” sözünün açması nədir? Sözün ikinci hissəsi “teke” yunanca “qutu, yeşik” mənasındadır(yeri gəlmişkən, bu sözə “biblioteka”, “kartoteka”, “filmoteka”, “fonoteka” sözlərinin tərkibində dəfələrlə rast gəlmişik). Bu söz işləndiyi bütün sözlərin tərkibində “qoruma yeri” mənasına xidmət edir. “Apo” isə sözönüdür və bir mənası da “birlikdə, birgə” deməkdir. “Apoteke” sözü yarandığı dövrdə ümumiyyətlə “anbar, saxlanc yeri” mənası versə də, zaman keçdikcə məna konkretləşmiş, yalnız “dərman anbarı, tibb ləvazimatları köşkü” mənasını ifadə etməyə başlamışdır.

(Yazını tamamlamaq istərkən qəfil həftik sözü düşdü yada: “aptek” sözünün təhrif olunmuş bu forması ümumişlək olmasa da, hər halda dilimizin leksikasına aid olan bir kəlmədir və yeri düşdükcə bədii üslubda işlədilir.)

 

 

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16034
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15585
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13582
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12352
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9628
"Zaur, yenə çaşdın..." - VİDEO
7912
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6110
Minimum əmək haqqı nə qədər arta bilər?
6062
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5238
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5199
Çingiz Mustafayevin toyudur - FOTOLAR
4753
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4514
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4273
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4168
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3274
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3269
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3040
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3004