AZ

“Həkimlərimizi tanıyın!” rubrikasında Mənsumə Talıbovanı təqdim edirik - VİDEO

Dr.Mənsumə Talıbova Mərkəzi Gömrük Hospitalında sinir sisteminin damar xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, miasteniya, periferik sinir sisteminin xəstəlikləri, osteoxondrozlar, irsi xəstəliklər, sinir sisteminin infeksion xəstəlikləri, uşaq serebral ifliclər, sinir sisteminin funksional pozğunluqları və nevrozların müalicəsini həyata keçirir. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://youtu.be/IGqceFxUdRI

Dr. Mənsumə Talıbova 1981-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1981-1982-ci illərdə 1 nömrəli Klinik Psixiatrik xəstəxanasında internatura keçmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə başlayaraq, 2011-ci ilə qədər müddətdə dövlət və özəl tibb müəssisələrində psixonevroloq, həkim-nevroloq və şöbə müdiri vəzifələrində çalışıb.

Təcrübəli həkim Mənsumə Talıbova özünə qarşı tələbkar və məsuliyyətlidir. O, dünya tibb elminin son nailiyyətlərini daim izləyir, öyrənir və bu təcrübədən yararlanaraq öz fəaliyyətində istifadə edir. O, 2010-cu ildə Fransanın Nitsa şəhərində keçirilən “Baş ağrıları və miqren” mövzusunda seminarda, 2011-ci ildə Avstriyanın Zalsburq şəhərində “Serebral xəstəliklərinin müalicəsi”, 2013-cü ildə Türkiyənin Uludağ şəhərində keçirilən “Nevrologiya günləri”ndə, “Epilepsiya, miqren və dağınıq skleroz, diaqnostik və müalicəvi üsulları” konfransında, 2014-cü ildə Fransanın Nitsa şəhərində 23-cü Avropa konfransında, 2015-ci ildə Bakı şəhərində “Korvitinin kardioloji və nevroloji praktikada istifadəsi” mövzusunda konfransda iştirak etmişdir. Dr.Mənsumə Talıbova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13-14 sentyabr 2022-ci il tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən ödənişsiz tibbi-sosial aksiyada Lənkəran rayonundan olan şəhid və qazi ailələrinə öz sahəsi üzrə tibbi xidmət göstərmişdir.

2011-ci ildən Dr. Mənsumə Talıbova Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq və EEQ mütəxəssisi kimi çalışır. Dr.Mənsumə Talıbovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27058
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26525
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18148
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17820
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14470
Sabah 20 dərəcə isti olacaq
9776
May ayında Azərbaycana qar yağdı - VİDEO
8890
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8867
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8665
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7332
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7160
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6970
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6631
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6510
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6482
Azərbaycan nefti ucuzlaşıb
6102
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6080
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5883