AZ

 Mərkəzi Gömrük Hositalının yüksəkixtisaslı anestezioloq-reanimatoloqu - Könül Həsənova

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında sizə pasiyentlərə intensiv terapiya və reanimasiya tədbirlərini uğurla həyata keçirən Mərkəzi Gömrük Hositalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Könül Həsənovanı təqdim edirik.
 
O, 1996-1998-ci illərdə İran İslam Respublikası Şəhid Babayi Universitetində Müalicə işi fakültəsində, 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2004-2005-ci illərdə M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib.
 
Könül Həsənova əmək fəaliyyətinə 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında dövlət tibb müəssisəsində anestezioloq-reanimatoloq kimi başlayıb. 2013-cü ildən Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
 
 
Həkim Mərkəzi Gömrük Hospitalında ümimi anesteziya, regional anesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilasiyası, lumbal punksiya və onurğa beyin mayəsinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürək daxili inyeksiya və digər prosedurları həyata keçirir.
 
 
Daim öz üzərində çalışan və tibbin son nailiyyətlərini fəaliyyətində tətbiq edən Könül həkim müxtəlif illərdə Azərbaycanda və xaricdə keçirilən çoxlu sayda konfrans və elmi tədbirlərdə iştirak edib. O, 2011-ci ildə Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli Egitim-Araştırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2013-cü ildə Türkiyənin Ankara şəhərində Atatürk Eğitim-Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2014-cü ildə Türkiyənin İzmir şəhərində Ege Universiteti Xəstəxanasında Perfuziologiya kursunda və Azərbaycanda keçirilən müxtəlif tibbi elmi tədbirlərdə iştirak edib.
 
Könül Həsənova 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə və 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16321
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15967
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15541
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13538
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12259
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9612
"Zaur, yenə çaşdın..." - VİDEO
7900
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6074
Minimum əmək haqqı nə qədər arta bilər?
6054
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5219
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5174
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4496
Çingiz Mustafayevin toyudur - FOTOLAR
4440
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4261
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4139
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3266
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3258
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3030
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2972