AZ

Ekoloji təmizavtomobillər, Azərbaycanda stimullaşdırıcı amillər- Ekspertdən AÇIQLAMA - FOTO

Azərbaycanda nəqliyyat vasitələrinin sayınən artması daha çox zərərli maddələrin atmosferə yayılmasına və ekoloji vəziyyətin pisləşməsinə gətirib çıxarır. İnsan həyat və sağlamlığına mənfi təsir göstərən bu prosesin qarşısının alınması məqsədilə ölkədə bir sıra tədbirlər həyata keçirilib və davam etməkdədir. Nəqliyyat sektorunun ətraf mühitə, iqlim dəyişmələrinə təsirinin azadılması üçün tətbiq edilən bu layihə və proqramlar beynəlxalq təcrübəyə əsaslanaraq icra olunur. 
Son illərdə dünya bazarında elektrik mühərrikli avtomobillərə marağın artması təsadüfi deyil. Belə ki, yeni nəsil avtomobillər hər şeydən əvvəl ekoloji cəhətdən üstün nəqliyyat vasitələridir. Onların demək olar ki, atmosferə heç bir zərəri yoxdur. Həmçinin yanacaq sərfiyyatı baxımından da ənənəvi nəqliyyat vasitələrindən daha sərfəlidir. Elektromobilərə maraq artsa da, ölkəmizdə daxili yanma mühərrikli nəqliyyat vasitələrinin sayı müqayisə olunmayacaq dərəcədə çoxdur. Buna səbəb isə, bazarlarda bu növ ikinci əl maşınların sayınının az olması və təbliğat kampaniyalarının kifayət qədər aparılmamasıdır.
Artıq dünyanın inkişaf etmiş ölkələrində ənənəvi nəqliyyat vasitələrinin tamamilə istismardan çıxarılması istiqamətində tədbirlər görülür. Bu baxımdan son bir neçə ildə ölkəmizdə də elektromobil avtomobillərlə bağlı stimullaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, 2019-cu ilin yanvar ayından etibarən elektrik mühərrikli avtomobillərin ölkə ərazisinə idxalı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edildi. 2022-ci ilin yanvarın 1-i isə elektromobil avtomobillərin idxalı ilə yanaşı, satışı üçün də bu qayda tətbiq olundu. 2023-cü ilin mart ayında Nazirlər Kabinetinin qəbul etdiyi 94 nömrəli qərarıyla nəqliyyat sektoruna ciddi dəyişiklik edildi. Belə ki, buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırıldı. Qərarın qəbul olunmasında əsas məqsəd insanların həyat və sağlamlığının yüksəldilməsi, ətraf mühitin qorunması, atmosferə buraxılan zərərli maddələrin azalması idi. 

2024-cü ilin ən mühüm hadisələrindən biri Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi oldu. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. COP29-un əsas hədəfi ətraf mühiti qorumaq və bu istiqamətdə sistemli fəaliyyətlər həyata keçirməkdən ibarətdir. Nəzərə alsaq ki, ölkəmiz COP29-a ev sahibliyi edir və COP29 meyarlarına uyğun olaraq da ətraf mühitin qorunması ilə bağlı fərqli alətlərdən əlaqənin istifadə edilməsi vacib hesab olunur. Bu baxımdan da, təmiz elektromobil avtomobillərə marağın artırılması istiqamətində tədbirlərin dayanmadan davam etməsi mühüm addımdır.


Nəqliyyat məsələləri üzrə ekspert, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov mövzuyla bağlı açıqlama verib. O, artıq dünyanın inkişaf etmiş ölkələrində daxili yanma mühərrikli nəqliyyat vasitələrinin olduqca azaldığını vurğulayıb. “Avropa ölkələrində istehsal olunan nəqliyyat vasitələrinə xüsusi standartlar tətbiq olunub. Belə ki, “Avro-1”dən “Avro-6”ya qədər olan ekoloji standartlar daha da təkminləşməyə başladı. Qəbul olunmuş standartın əsas göstəricilərindən biri atmosferə buraxılan zərərli qazların müəyyən normativlərə uyğunluğudur. Nəqliyyat vasitəsi bu normativlərə uyğun olmasa satışı qadağan edilir. Təbii ki, standartın qəbul olunmasına səbəb ekologiyaya daha çox mənfi təsir edən zərərli maddələrin aradan qaldırılmasıdır. Düzdür, bu istiqamətdə gözlə görünən dərəcədə azalma olsa da, bəzi markaların avtomobillərində hələlik səmərəli azalma müşahidə olunmur. Əlbəttə yeni nəsil avtomobillərin birdən-birə dizel və benzin mühərrikli maşınları sıradan çıxarması mümkün deyil. Lakin elektromobil nəqliyyat vasitələrinə marağın artırılması istiqamətində güzəştlər tətbiq olunur”.


Son illərdə ölkəmizdə də elektromobil avtomobillərə güzəştlərin tətbiq olunduğunu bildirən ekspert görülən tədbirlərin müsbət təsir göstərdiyini qeyd edib. “Ölkəmizdə yeni nəsil avtomobillərin idxalı və satışında ƏDV-nin ləğvi atılan mühüm addımlardan biri oldu. Bunun nəticəsində elektromobil avtomobillər maraq yarandı. Təbii ki, yeni nəsil avtomobillərin geniş yayılması üçün onlara uyğun infrastruktur təşkil olunmalıdı. Ölkəmizdə enerji doldurma məntəqələrinin sayı hələki olduqca azdır. Əlbəttə güzəştlər istiqamətində addımlar çoxalsa, infrastrukturu genişlənsə, təmir-texniki bazası əlçatan olsa, qiymət tarifləri büdcəyə uyğunlaşdırılsa elektromobil avtomobillərə tələbat daha da çoxalar”. 
Fərhad Eyyubov utilizasiya prosesinin sürətlənməsinin də prosesin inkişafına zəmin yaradacağını bildirib. “Ölkədə köhnə avtomobillərin utilizasiyası olduqca ləng, icra mexanizmi olmayan şəraitdə davam edir. Elektromobil avtomobillərə marağın yüksəldilməsi istiqamətində görülən tədbirlərlə yanaşı, utilizasiya prosesini sürətləndirmək daha tez nəticə verə bilər”.

Nərmin Əkbər

Seçilən
71
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26212
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17294
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16883
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15972
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13954
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11413
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11242
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10685
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10012
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9354
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7227
Səidə Sultan klipi üçün lüt soyundu
7119
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6136
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5932
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5664
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5179
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5063
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4546
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4270