AZ

Fransa hakimiyyəti Korsika xalqına qarşı növbəti istilaçı qərarını verdi...

Image

Faiq Ələkbərli: “Korsika gec-tez öz müstəqilliyini qazanacaq”

Makron hökuməti Korsika xalqına qarşı irticaçı siyasətini hələ də davam etdirir. Haqlı olaraq mütəqillik tələb edən, özgür yaşamaq hüquna sahib olmaq istəyən korsikalıların Fransa buxovundan azad olunması müşkülə çevrilib. Bu müşkülün də həllinə mane olan birbaşa Makrondur. 

Bu toplum Fransa müstəmləkəsindən azad olmaq istəyir, amma Makron hökuməti onların azadlıq səsini boğur. Mütəmadi olaraq bu xalqa qarşı irticaçı siyasət yürüdən rəsmi Paris yenə də onların iradələri əleyhinə addım atıb, bu xalqın azadlıq istəyinin qarşısına çəpər çəkib.

Korsika parlamenti adanın muxtariyyətinə dair qanun layihəsini qəbul edib. “Le Figaro” xəbər verir ki, 6 maddədən ibarət sənəd 3 hissəyə bölünərək səsverməyə çıxarılıb. Qanunun birinci maddəsinə görə, Korsikanın Fransa hüdudları daxilində muxtariyyəti tanınır, icmanın tarixi, linqvistik və mədəni xüsusiyyətləri nəzərə alınır. 63 deputatdan 62-si bu maddənin lehinə səs verib.

Digər maddələr normativ hüquqlara, sığorta və digər məsələlərə həsr olunub. Bu maddələr də səs çoxluğu ilə qəbul edilib. Lakin müstəqillik tərəfdarı Nasione (Nazione) partiyası qanun layihəsinin əleyhinə çıxıb. Partiyanın Korsika parlamentindəki yeganə deputatı Jozefa Ciakometti Piredda (Josepha Giacometti Piredda) bütün maddələrin əleyhinə səs verib. Xanım deputatın fikrincə, Parisdə daxili işlər naziri Jerar Darmaninin rəhbərliyi altında hazırlanmış qanun layihəsi irəliyə doğru addım deyil, buxovdur. Məqsəd Konstitusiya baxımından əhəmiyyət daşımayan məsələləri rəsmiləşdirməkdir.

Sənəd qanuni qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.

“Fransa hökuməti muxtariyyət oyunu ilə onların müstəqilliyə gedən yolunu birdəfəlik bağlamaq istəyir” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa öz irticaçı siyasətini dayandırmaq istəmir, bu səbəbdən də korsikalıların müstəmləkə buxovundan azad olunmasını əngəlləyir. F.Ələkbərli hesab edir ki, Korsika parlamentində adanın muxtariyyətinə dair qanun layihəsinin qəbul edilməsinin müstəqillik tərəfdarları tərəfindən narazılıqla qarşılanması təbiidir. “Korsikalılar müstəqil olmaq istəyirlər, rəsmi Parisdən asılı olmağa son qoymaq arzusundadırlar. Amma Makron hökuməti yenə də onların bu istəklərinin, uzun illərdən bəri apardıqları mübarizənin qarşısını öz absurd addımları ilə almağa çalışırlar. Halbuki, özgürlük onların haqqıdır. Bilirsiz ki, Korsika adasının əhalisi müstəqil olmaq istəyir və bu onların haqqıdır”-deyə F.Ələkbərli bildirdi. 

F.Ələkbərli hesab edir ki, Fransa hüdudları daxilində Korsikanın muxtariyyətinə dair qərarın qəbul edilməsi korsikalıların müstəqilliyə gedən yolunu bağlamağa xidmət edir. O hesab edir ki, müstəqillik tərəfdarı olan qüvvələr bu layihənin Fransa parlamentinin hər iki palatasında təsdiqlənməsinin baş tutmaması üçün addımlar atmalıdır. “Düzdür, birdən-birə müstəqillik aktını imzalamaq çətindir. Amma buna nail olmaq üçün illərdir mübarizə aparırlar. Fransa hökuməti muxtariyyət oyunu ilə onların müstəqilliyə gedən yolunu birdəfəlik bağlamaq istəyir. 

Amma burada bir məqam da var ki, onu nəzərdən qaçırmamalıyıq. İndiyə qədər onlar çox böyük çətinliklə öz dillərini, mədəniyyətlərini, milli kimliklərini qoruyub saxlaya biliblər. Amma gələcəkdə Korsikanın müstəqil olması qaçılmazdır. Makron hökuməti elə zənn edir ki, muxtariyyət məsələsi ilə gələcəkdə Korsikanın müstəqil olmasının qarşısını ala bilər, qətiyyən belə deyil. Onlar öz mübarizələrini davam etdirəcəklər. Ola bilsin, Korsikanın daxilində kimlərsə muxtariyyət məsələsi ilə razılaşsın, amma müstəqillik tərəfdarıları öz mübarizəsini dayandırmayacaq. 

Hesab edirəm ki, nəinki Korsika, eləcə də Fransanın müstəmləkəsi olan digər xalqlar bu ölkənin əsarətindən qurtarmalıdır. Korsika gec-tez öz müstəqilliyini qazanacaq”-deyə F.Ələkbərli qeyd etdi.

F.Ələkbərli vurğuladı ki, muxtariyyət məsələsinə dair Korsikda başlayan narazılıqlar öz bəhrəsini verməlidir. O xatırlatdı ki, Fransa müstəmləkəsindən əziyyət çəkən xalqların Bakıda toplaşması, buradan dünyaya müstəqillik arzularını bəyan etməsi, eyni amalla Türkiyədə, Rusiyada və başqa ölkələrdə tədbirlər keçirilməsi nəticəsiz qalmayacaq.   

Alimin sözlərinə görə, Korsika xalqına azadlıq verməyən, müstəqil dövlət olmalarına mane olan, onların başını muxtariyyət oyunu ilə qatan rəsmi Paris, Makron hökuməti halbuki, Qarabağda bir ovuc erməniyə “müstəqillik” tələb edirdi. “Öz ərazi bütövlüyünü bu şəkildə qoruyan, xalqlara müstəqil olmaq haqqı vermək istəməyən Fransa Azərbaycanın ərazi bütövlüyünə qarşı düşmən münasibət bəsləyir, torpaqlarımızın parçalanmasını istəyirdi. Bir ovuc erməniyə “müstəqillik” tələb edirdi. Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxan Makron hökuməti indi niyə qoymur ki, vaxtilə işğal etdiyi ərazilərin sahibləri orda müstəqil dövlət qursunlar? Qarabağ Azərbaycanın tarixi ərazisidir, bundan başqa BMT tərəfindən təsdiqlənmiş, qəbul olunmuş torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib, amma Fransa bunu həzm edə bilmir. Elə insanpərvərdirlərsə, korsikalıların başını muxtariyyətlə qatmasınlar, onlara müstəqillik versinlər”-deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA





Seçilən
62
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18300
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17636
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16882
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15379
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14418
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14388
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13091
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12626
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10790
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10729
"Zaur, yenə çaşdın..." - VİDEO
8489
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7435
Minimum əmək haqqı nə qədər arta bilər?
6699
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6632
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6217
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5346
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5283
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5113
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4940