AZ

"Bioloji Təbabət"ə cərimə niyə yazılıb?

"Bioloji Təbabət" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-ci (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir maddəsinə əsasən tərtib olunub.

 

İş Masallı Rayon Məhkəməsinin hakimi Zeynal Zeynalovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 17 Aprel 2024, 08:18   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
Mənbələr
Şərh ()
Bağla