AZ

"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"

"ABŞ və Avropanın qətiyyətsizliyi Putinin çiçəkləndiyi qeyri-müəyyənlik zonasını yaradır..."
 
Bayden Rusiyanın neft emalı zavodlarının müdafiəsi məsələsində Putinin həmfikrinə çevrilib
 
Qərbin Ukraynaya müdafiə üçün kifayət qədər silah verməməsi ukraynalıların müdafiə metodlarının seçilməsində əl-qolunu bağlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" nəşri yazıb.
 
Ukraynada müharibənin üçüncü ilində prezident Bayden administrasiyası Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri səbəbindən Kreml ilə bir tərəfdə dayanıb.
 
Nəşr xatırladıb ki, artıq bir neçə həftədir ki, Rusiya Ukrayna energetikasına intensiv hava zərbələri kampaniyası aparır və cəbhədə Ukraynanın müdafiə mövqelərinə bombalar yağdırır.
 
Putin Ukraynanın elektrik stansiyalarına zərbələrini Rusiyanın neft emalı zavodlarına Ukraynanın hücumlarına görə qisası ilə haqq qazandırır. Və bütün bunlar rusiyalıların Ukraynanın energetikasına əvvəlki bütün zərbələrini nəzərə alsaq, bir məqam olmasaydı boşboğazlıq olardı.
 
"ABŞ-ın Putinlə bir tərəfdə olması qəribə görünür. Co Bayden administrasiyası açıq şəkildə Ukraynanın neft emalı zavodlarına zərbələrin əleyhinə çıxış edib, görünür, dünyada neftin qiymətinə təsir edəcəyindən ehtiyat etdiyini ifadə edib", - müəllif qeyd edir.
 
Qeyd edilir ki, Ukrayna rəhbərliyinə ABŞ-ın belə mövqeyini anlamaq çətindir, çünki Ukrayna çoxdandır müttəfiqlərinə, xüsusilə hava hücumundan müdafiə sistemləri ilə bağlı daha çox hərbi yardım xahiş edir.
 
"Qərb nüvə silahına malik olan Rusiyaya Ukraynaya qalib gəlmək üçün nə qədər güclü təzyiq etməklə bağlı parçalanmış vəziyyətdədir. ABŞ və Avropanın qətiyyətsizliyi Putinin çiçəkləndiyi qeyri-müəyyənlik zonasını yaradır", - nəşr yazır.
Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla