Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir.
“Report”
“Avropa İttifaqı İrana qarşı, xüsusilə dron və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Avropa İttifaqı regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir”, – Aİ liderlərinin birgə bəyanatında deyilir.