AZ

Yasamalın icra başçısı əmək yarmarkasında iştirak etdi - FOTOLAR

Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutan əmək yarmarkasına çoxlu sayda vətəndaşlar və işəgötürən şirkətlər qatılıb. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev karyera sərgisinə ev sahiblyi etməkdən məmnun olduqlarını ifadə edib. Vilayət Vəliyev xüsusən gənc kadrların məşğulluq məsələlərinin ölkəmiz üçün önəmli olduğunu vurğulayıb. 

Daha sonra söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova verilib.  İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın sosial durumu, rifahı və məşğulluğu dövlət rəhbərliyi üçün əsas prioritedir. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıq və tövsiyyələri ardıcıl şəkildə icra olunur və əmək yarmarkası bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir. İcra başçısı rayon sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunmasından məmnun olduqlarını qeyd edib.  Bildirilib ki, Yasamal RİH olaraq hər həftə ərazidə sakinlərlə görüşlər keçirilir və bu görüşlərdə qaldırılan məsələlərdən biri də  məşğulluqdur. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  əmək yarmarkasının insanlar üçün faydalı olacağına və Yasamal rayonunda məşğulluğa öz müsbət təsirini göstərəcəyinə inam ifadə edib. 

Daha sona çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib ki, yarmarkada dövlət və özəl sektordan olan və paytaxtımızda fəaliyyət göstərən 100 yaxın müəssisə və şirkət iştirak edir. Yarmarkada müxtəlif istiqamətlər üzrə 1000-ə yaxın vakansiya təqdim edilib. Müvafiq müəssisə və şirkətlər əsasən xidmət, istehsal, tikinti və digər sahələri təmsil edir. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri son zamanlar qurumun bu istiqamətdə həyata keçirdiyi texnoloji teniliklər barədə məlumat verib. 

Daha sonra rəsmilər əmək yarmarkasının gedişatı ilə bilavasitə tanış oldular, şirkət və vətəndaşlarla söhbətlər ediiblər.  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24419
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13789
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12155
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8883
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6370
Rəisi öldü, Pakistanda matəm elan edildi
5965
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5818
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5623
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4055
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4014
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3859
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3646
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
3555
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3501
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3187
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2824
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797