AZ

“Bavariya” və “Real” Çempionlar Liqasının yarımfinalındadır

Çempionlar Liqasının yarımfinal mərhələsinin son iştirakçıları məlum olub.

Vətəninfo.az-ın məlumatına görə, 1/4 finalın cavab oyununda “Arsenal”ı öz damında qəbul edən “Bavariya” ən kiçik hesabla üstünlüyə yiyələnib. Yeganə qolu Kimmix vurub. Komandaların ilk oyunu 2:2 hesabı ilə başa çatıb. “Bavariya” Çempionlar Liqasının yarımfinalındadır.

Günün digər oyununda isə son çempion “Mançester Siti” “Real”la yarışıb və oyundan sonra penaltilər seriyasında məğlub olub. Əsas vaxt heç-heçə başa çatıb, əlavə vaxtda hesabda dəyişiklik olmayıb və penaltilər seriyasında “Real” 4:3 hesabı ilə qalib gəlib. “Kral klubu” Çempionlar Liqasının yarımfinalındadır.

Yarımfinalda PSJ-“Borussiya”, “Bavariya”-“Real” cütləri mübarizə aparacaq.

Seçilən
159
31
Mənbələr
Şərh ()
Bağla