AZ

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib

Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri haqqında bəyanat dərc edib.
 
Parlament sarayına giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq.
 
Bəyanata əsasən, parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli “Gürcüstan parlamentinin sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il aprelin 18-dən sarı təhlükəsizlik səviyyəsi tətbiq ediləcək. Parlamentin planlaşdırılan tədbirlərinə, o cümlədən komitə iclaslarına yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq.
 
"Məhdudiyyət televiziya şirkətlərinin/telemedianın akkreditə olunmuş jurnalistlərinə şamil edilmir. Bu tədbirin məqsədi Gürcüstan parlamentinin sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - məlumatda deyilib.
 
Xatırladaq ki, aprelin 15-dən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunur. Aprelin 15, 16 və 17-də qanunverici orqanda analoji təhlükəsizlik rejimi qüvvədə olub.
 
Hökumət administrasiyasının binası qarşısında “Vətəndaşlar”ın lideri Aleko Elisaşvili ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. A.Elisaşvili bir neçə dəfə polis kordonunu yarmağa cəhd etsə də, hüquq-mühafizə orqanları buna imkan verməyib.
Seçilən
75
5
Mənbələr
Şərh ()
Bağla