AZ

Azərbaycanda XI sinfi bitirib xaricə gedənlərAmerikada, Almaniya oxuya bilmirlər - SƏBƏB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Hazırda Azərbaycan Beynəlxalq Konvensiyanın üzvüdür. “ENİC-NARİC” sistemi var və bütün ali təhsil müəssisələrimiz bu sistemdə akreditasiyadan keçib. Həmçinin beynəlxalq reytinqdə də varıq. Buna görə də Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı hər hansı problem yoxdur. Birmənalı şəkildə hər kəs bilməlidir ki, Azərbaycan ali təhsil müəssisələrindən məzun olan şəxslərin diplomları rahatlıqla xarici ölkələrdə tanınır. Azərbaycanda təhsil alan xarici vətəndaşlar da ölkələrinə qayıdandan sonra diplomlarını həm tanıda, həm də iş tapa biləcəklər. Burada heç bir məhdudiyyət yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

 

Ekspert bildirib ki, sadəcə, bəzi fənlərin kreditlərində problem olur: “Yaxud da tələbənin ixtisası beynəlxalq ixtisaslar deyilsə. Məsələn, bizdəki ixtisasların müəyyən bir qismi xarici ölkələrdə yoxdur, yəni xarici ölkələrdə eyniadlı ixtisaslara qəbul aparılmır. Bu zaman problem yaranır. Tibb, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslardan məzun olanlar, təbii ki, bütün dünyada diplomlarını rahatlıqla tanıda bilirlər. Bir də o zaman problem olur ki, diplomlar Azərbaycan tərəfindən rəsmi olaraq verilməyib. Kimlərsə qeyri-qanuni yollarla diplom verə bilirlər. Belə halda problem yarana bilər. Bəzən tiblə bağlı Almaniyaya, Amerikaya, Fransaya gedəndə də problem olur. Bu da ixtisasın adı, keçirilən fənlər və onların kreditləri ilə bağlıdır. Məsələn, XI sinfi bitirib xaricə gedənlər bəzən Amerikada, Almaniya oxuya bilmirlər, çünki onlarda təhsil 12 illikdir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrimizdə bakalavr və magistr pilləsi üzrə 187 min azərbaycanlı tələbə, həmçinin xarici ölkələrdən gələn 15 minə yaxın tələbə təhsil alır. Təbii ki, son illər ərzində Azərbaycanda təhsil almağa gələn xarici ölkə vətəndaşlarının sayında ciddi şəkildə artım müşahidə edirik. Bunun bir neçə səbəbi var. Birinci səbəb Azərbaycanda ali təhsil müəssisələrinin beynəlxalq reytinq istiqamətində irəliləməsidir. İkincisi, diplomların tanınması ilə bağlı ciddi işlər aparılması məsələyə öz təsirini göstərib. Bu gün azərbaycanlı gənclərin xarici ölkələrə təhsil almağa getmələri sevindirici haldır. Hesab edirəm, məzun olan azərbaycanlı tələbələrin xaricə getmələri ölkəmizə ixtisaslı kadrların gəlməsinə müsbət təsir göstərir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 18 Aprel 2024, 09:57   
Seçilən
80
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
554
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
475
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
437
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
405
Azərbaycanda bu məhsul bahalaşdı
396
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
352
Helikopter qəzası ilə bağlı yeni xəbər
322
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
315
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
313
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
303
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
298
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
297
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
297
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
266
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
254
Həlak olan şəxslər sabah dəfn olunacaq
242
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
238
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
203
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
200
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
165