AZ

AFFA-dan cəza və cərimələr

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 30-cu turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

 Misli Premyer Liqasında 30-cu turun “Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

Misli Premyer Liqasında 30-cu turun “Qəbələ” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” 700 manat cərimə edilib.
 
“Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində meydan sahiblərinin meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Qəbələ”  4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

 “Qəbələ” – “Turan Tovuz” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimə edilib.
 
Misli Premyer Liqasında 30-cu turun “Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Səbail” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
 
Misli Premyer Liqasında 30-cu turun “Sabah” – “Qarabağ” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” 700 manat cərimə edilib.
 
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib.
 

Seçilən
99
5
Mənbələr
Şərh ()
Bağla