AZ

“Real”ın bu qədər müdafiə olunacağını gözləmirdik"

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasında "Real"a məğlub olaraq mübarizəni dayandırmaları barədə fikirlərini bildirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,futbolçu "kral klubu"nun müdafiədə oynayacağını gözləmədiyini etiraf edib:

"Real"ın cəmi 1 epizodu oldu və onlar bundan yararlandılar. Futbolda ləyaqət önəmli deyil - yalnız qollar vasitəsi ilə qalib gəlmək mümkündür. “Real”ın bu qədər müdafiə olunacağını gözləmirdik. Bizə elə gəldi ki, onlar yalnız penaltilər seriyasını istəyirlər. Nəticədə qələbəyə layiq olduğumuz matçda rəqib qalib gəldi”.

Xatırladaq ki, "Real"ın Çempionlar Liqasının yarımfinalında rəqibi "Bavariya" olacaq. Finala ikinci vəsiqə uğrunda isə PSJ və Dortmund "Borussiya"sı mübarizə aparacaq.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla