AZ

Cem Yılmazın mal varlığı eşidənləri təəccübləndirib

Son zamanlar şəxsi həyatı və açıqlamaları ilə gündəm olan məşhur komediya aktyoru Cem Yılmaz keçmiş həyat yoldaşı Ahu Yağtu arasındakı aliment böhranını həll edə bilməyib. SİA xəbər verir ki, 10 min dollar alimentin çox olduğunu deyərək məhkəməyə yenidən müraciət edən Cem Yılmaz hazırki vəziyyətdən danışıb.

Boşanan zaman Cem Yılmazın oğlu Kemal üçün aylıq 10 min dollar, Ahu Yağtuya isə 500 min dollar təzminat ödənməsinə qərar verilmişdi. İllərdir oğlu üçün 10 min dollar aliment ödəyən Cem Yılmaz dolların məzənnəsinin həddən artıq artmasından sonra alimentin TL-yə çevrilməsini istəyib. Lakin məhkəmə onun vəsatətini rədd edib. Bildirilib ki, Cem Yılmaz bir müddət əvvəl mal varlığı ilə bağlı çıxan xəbərlərdən dolayı narahatlıq keçirdib və yaxın ətrafını tənbehləyib.

20 milyon dollarlıq sərvəti olduğu deyilən Cem Yılmazın bu xəbərdən sonra oğlu Kamala "Anan bunları bilməsin" deyərək xəbərdarlıq etdiyi iddia edilib.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla