AZ

"Sülhməramlıların Qarabağdan çıxarılması mühüm beynəlxalq təhlükəsizlikdir" - Zahid Oruc

"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Əgər tarixə qayıtsaq, I Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan vəzirovlara qədər, 20 Yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq",- deyə o əlavə edib.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla