AZ

"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"

 
"Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsi başlanandan 68 min hərbi cinayət sənədləşdirilib, lakin bu, aysberqin yalnız görünən tərəfidir..."
 
"Ukraynada müharibə torpaq uğrunda deyil, sağ qalmaq, insan haqları, demokratiya və azadlıq uğrunda savaşdır..."
 
"Ukrayna hamıdan çox sülh istəyir, lakin onun yardıma ehtiyacı var..."
 
Ukraynada müharibə torpaq uğrunda müharibə deyil. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Ukrayna dili və mədəniyyəti, Ukrayna və ukraynalılar mövcud deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşrində ukraynalı hüquq müdafiəçisi, 2022-ci ilin Nobel sülh mükafatı laureatı, "Vətəndaş azadlıqları Mərkəzi" təşkilatının rəhbəri və Müharibə və sülhün işıqlandırılması üzrə İnstitut Şurasının üzvü Aleksandra Matviyçuk yazıb.
 
"Amerikanın 60 milyardlıq yardım paketi artıq bir neçə aydır ki, amerikalıların daxili siyasəti səbəbindən əngəllənir, biz, ukraynalılar üçün isə bu, ölüm-dirim məsələsidir. Buradakı görüşlərimdə məndən soruşurlar: 
 
"Ukrayna döyüş meydanında Rusiya üzərində qalib gəlməyə bel bağlaya bilmədiyindən ərazi sövdələşməsinə razılaşmalı deyilmi? Daha çox silah daha çox ölüm demək deyilmi?" Həqiqətən də Ukraynada çoxlu ölüm var, mən bunu bilirəm, çünki mənim həmkarlarım və mən bunu hər gün görürük", - o, yazıb.
 
2022-ci ilin fevralında tamiqyaslı hərbi müdaxilə başlanandan rusiyalıların Ukraynada minlərlə hərbi cinayətləri sənədləşdirilib. Bu, qətllər, zorlamalar və işgəncələr-döyülmələr, dırnaqların şıxarılması, cinsi orqanların elektroşoka məruz qalmasıdır.
 
"Söhbət etdiyim bir qadının gözləri qaşıqla çıxarılıb. Bugünədək 68 min cinayət sənədləşdirilib. Lakin bu, aysberqin yalnız görünən tərəfidir, çünki belə cinayətlər hərbi müdaxilənin həm metodu, həm də məqsədləridir. 
 
Rusiyanın mövqeyi, dəfələrlə onun prezidentinin anlatdığı kimi, ondan ibarətdir ki, Ukrayna dili və mədəniyyəti, Ukrayna və ukraynalılar mövcud deyil", - Matviyçuk vurğulayıb.
 
Rusiya ilə vaxtından əvvəl sövdələşmə yanlış olardı, ona görə yox ki, belə ssenari artıq 2014-cü ildə Rusiyanın Krım və Donbası işğal etdiyi zaman baş verib. 
 
Sonradan atəşkəs haqqında saziş imzalanıb, lakin Rusiya sonrakı səkkiz ili ön bazalarının növbəti hücuma hazırlığı üçün istifadə edib.
 
"Moskva bunu yenidən edəcək. Vaxtından əvvəl sövdələşmə həmçinin mənəviyyatsızlıq olardı. Zəbt edilmiş ölkəni silahsızlaşdırmaqla sülh bağlamaq olmaz. Bu, işğaldır və biz bunun nə demək olduğunu bilirik", - o, qeyd edib.
 
Matviyçuk vurğulayıb ki, hazırda Rusiya Ukraynanın mülki infrastrukturuna hücumlarını gücləndirir. Bu arada isə Moldova və Ukrayna ilə həmsərhəd olan digər ölkələrdə sabitliyin pozulmasına yönələn fəal işlər aparılır.
 
"Moskva mərkəzdir, lakin Rusiyanın imperiya baxışlarının sərhəddi yoxdur. Bu kabus, sonsuz insan ağrısı yalnız davam edəcək", - məqalədə deyilir.
 
Məsələnin həlli Rusiyaya və bu avtoritar ideologiyaya qalib gəlməkdən ibarətdir. Tab gətirmək lazımdır və ukraynalılar bunu igidliklə edir. Müharibə dəhşətlidir, lakin ukraynalılar Rusiyanın nə etmək istədiyini bilir və əhalinin əksəriyyəti mübarizənin "tələb edilənədək" davam etməsini dəstəkləyir.
 
"Biz Amerikanın siyasətinə hörmətlə yanaşırıq. Biz bilirik ki, hər bir ölkənin öz prioritetləri və maliyyə problemləri var. Biz indiyədək ABŞ, Avropa və dünyanın digər ölkələrindən, həm hökumətlərdən, həm də adi vətəndaşlardan səxavətlə edilən dəstəyə görə minnətdarıq. Lakin hazırda bizə daha çox yardım, həm də ən yaxın zamanda lazımdır. 
 
Ukrayna hamıdan çox sülh istəyir. Lakin biz şərə qarşı əliboş mübarizə apara bilmərik. Ukraynanı gücləndirin, bizə bacardığımız qədər, 1991-ci ilin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinədək müharibə aparmağımıza imkan yaradın, o zaman biz sülh barədə müzakirələr apara biləcəyik", - hüquq müdafiəçisi yazıb.
 
O, vurğulayıb ki, Ukraynada müharibə torpaq uğrunda deyil, sağ qalmaq uğrunda müharibədir. Həm də təkcə Ukrayna xalqının sağ qalması uğrunda deyil, əsas dəyərlərin-insan haqları, demokratiya, azadllıq uğrunda savaşdır.
 
Ukraynada müharibə - bunları bilmək lazımdır
 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bəyan edib ki, əgər Amerika qanunvericiləri indi Ukraynaya yardımı təsdiq etməsə, Ukrayna 2024-cü ilin sonunadək müharibəni uduza bilər.
 
Bu arada isə Obama dönəmində ABŞ müdafiə nazirinin müavini Mişel Flurnua bəyan edib ki, Ukrayna inanılmaz çətinliklərə rəğmən, cəbhə xəttini qoruyub saxlaya bilir.
 
Lakin ukraynalı hərbçilər yaxın zamanlarda yardım almasalar, ehtimal ki, Rusiya yeni əraziləri zəbt edəcək.
Seçilən
104
43
Mənbələr
Şərh ()
Bağla