AZ

“Çinli hakerlər ABŞ-a hücum etmək üçün pusquda gözləyir” - FTB

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Çinlə əlaqəli hakerlərin ölkəsinin kritik infrastrukturuna hücum etmək üçün pusquda gözlədiyini bildirib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rey bu barədə ABŞ-ın Vanderbilt Universitetində keçirilən proqramında çıxışı zamanı deyib. Rey, Çinlə əlaqəli hakerlərin həyəcan vəziyyətində olduqlarını və ABŞ-ın su təmizləyici qurğular, elektrik xətləri, nəqliyyat, eləcə də informasiya texnologiyaları kimi kritik infrastrukturlarına hücum etmək üçün doğru anı gözlədiklərini ifadə edib. Əfsanə Rəcəb

Manşet.az  

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla