AZ

Kane Uest bu dəfə adam döydü - FOTO

Tez-tez şəxsi həyatı ilə gündəmə gələn repçi Kane Uest bu dəfə zorakılıq və şiddət xəbərləri ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, polislər hazırda repçini axtarışa veriblər.

Belə ki, yayılan məlumata görə Kanenin döydüyü adam polisə müraciət edib və onun tərəfindən döyüldüyünü bildirib. Hadisə zamanı Usetin arvadı Biyanka Sensori də orada olub.

Onun vurduğu adam daha sonra Biyankanı itələyərək yıxmaq istəyib. Cütlük hadisə yerindən uzaqlaşıb. Zərərçəkmiş isə müxtəlif bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib. 

Məlumat üçün bildirək ki, Uest ilk dəfə deyil ki, adı şiddət və zorakılıqda hallanır.

2023-cü ildə repçi bir fotoqrafın telefonun alaraq kənara atıb. Həmin hadisə ilə bağlı şikayət olunsa da, heç bir nəticə verməyib. 

Seçilən
68
50
Mənbələr
Şərh ()
Bağla