AZ

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Ağstafa, 19 aprel, AZƏRTAC

Günorta saatlarında qərb bölgəsində əsən güclü külək Ağstafa rayonunda bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, rayonun Yenigün kəndində bir neçə ağac evlərin həyətinə aşıb. Rabitə və elektrik xətlərinə ziyan dəyib. Elektrik enerjisinin verilişində fasilələr yarınıb.

Hazırda təbii fəlakətin həcmi müəyyənləşdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
Mənbələr
Şərh ()
Bağla