AZ

ABŞ bu ölkədən 1000 əsgərini çıxardır

ABŞ Niger dövlətinə 1000 əsgərini tezliklə ölkədən çıxaracağını bildirib.

KONKRET.az xəbər verir ki, Dövlət Departamenti rəhbərinin müavini Kurt Kempbell və Nigerin baş naziri ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin nümayəndə heyəti respublikada çevriliş həyata keçirən qiyamçılarla uğursuz danışıqlardan sonra Nigeri tərk edib.

Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti ilə dialoq zamanı üsyançıların komandiri Abdurahmane Tçiani Nigerin devrilmiş prezidenti Mohamed Bazoumu azad etməkdən imtina edib.

Yada salaq ki, bir qrup Niger hərbçisi milli televiziyada video bəyanat verərək ölkə prezidentini devirdiklərini bəyan ediblər. Sui-qəsdə rəhbərlik edən mayor polkovnik Amadu Abdraman qeyd edib ki, “müdafiə və təhlükəsizlik qüvvələri bizə tanış olan rejimi məğlub etmək qərarına gəliblər”.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
130
26
Mənbələr
Şərh ()
Bağla