AZ

Ankarada qan donduran vəhşilik

Ankarada yaşayan Yonca Qazan Coşqun 2013-cü ildə ailə qurduğu Kərim Coşqunla boşanmaq üçün məhkəməyə müraciət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 6 aylıq həbs-qətimkan tədbirinin müddəti bitdikdən sonra həyat yoldaşının mənzilinə soxulan Kərim Coşqun talehsiz qadını bıçaqlayaraq öldürüb.

Yonca Qazan Coşqunun bacısı Özgə Qazan hadisə ilə bağlı deyib: "İçəri girdikdən sonra bıçaq çıxarıb ona təcavüz edib. Arxasından 3 bıçaq zərbəsi vurub. Bacım qan itkisindən ölür. Qatil heç bir şey olmamış kimi binadan çıxıb getdi".

Müəllif: Söylü Ağazadə
Seçilən
111
27
Mənbələr
Şərh ()
Bağla