AZ

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir:

"Son günlər xalqımız bir-birinin ardınca sevindirici xəbərlər alır. Belə ki, bir neçə gün əvvəl Rusiya sülhməramlıların ərazilərimizdən çıxmasına sevinən xalqımız dünən də Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması xəbərini də böyük sevinclə qarşıladı. 44 günlük Vətən müharibəsindən sonra yaratdığımız yeni reallıq işğal altında qalmış ərazilərimizi güllə atılmadan, silah işləmədən azad olunmasına yol açır. Bu proses Laçın, Kəlbəcər və Ağdam rayonlarının azad olunması ilə başlandı və bu gün də Qazaxın 4 kəndinin azad olunması ilə davam edir. Bu, həm də Azərbaycan -Ermənistan dövlət sərhədinin delimitasiya prosesinin başlanması mərhələsidir. Bundan sonra digər sərhəd ərazilərinin mərhələli şəkildə delimitasiyası aparılacaq və Ermənistan tərəfundə qalmış 4 kəndin azad olunması məsələsi də müzakirə ediləcəkdir".

Deputat vurğulayıb ki, biz delimitasiya prosesinə Azərbaycanın tələbi ilə başlamaqla sülhə daha da yaxınlaşırıq:

"Bu, həm də qərbin regionda gərginliyin artırılması üçün çalışmalarının iflasa uğraması deməkdir. Çünki, Azərbaycan müharibənin 3 il əvvəl başa çatdığını bəyan edərək Ermənistana sülh əlini uzatmazsına baxmayaraq bir müddət idi ki, ABŞ və Ai Ermənistana yenidən hücum edəcəyi ilə bağlı bir xof yaratmışdı. Dünən baş tutan görüşdə əldə olunan razılıq Azərbaycanın heç bir müharibə planı olmadığını sübut etdi. Son qısa tariximiz göstərmişdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar prosesi kənar oyunçular daxil edilmədən ikitərəfli formatda daha uğurlu olur. Bu baxımdan ikitərəfli danışıqlar masasında müzakirə olunan məsələlər daha uğurla nəticələnir. Ona görə də yerdə qalmış digər məsələləri də ancaq Azərbaycala Ermnistan arasında müzakirə olunub razılaşdırılmalıdır. Bu , həm də dünyada baş verən münaqişələrin həll olunmasına bir nümunədir. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında aparılan iktərəfli danışıqlara kənar müdaxilərələr olunmazsa sülh müqaviləsi də yaxın zamanlarda imzalana bilər və biz Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana quru yolla getdiyimizin də şahidi olacağıq. Dövlət başçımızın siyasi kursu Azərbaycana ancaq qələbələr, inkişaf və sülh gətirir".

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla