AZ

Antalyada otelin servis maşını aşdı

Antalyanın otel işçilərini daşıyan servis maşını aşıb, içərisində olan 19 sərnişin yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza Türkiyə saatı ilə səhər saat 07:15 radələrində D-400 magistralının Sərik rayonu ərazisindən keçən hissəsində baş verib.

Otelə işçi aparan Osman Əli Kaplanın idarə etdiyi 07 C 82562 dövlət nömrə nişanlı xidməti avtomobil yağış səbəbindən sürüşkən yolda sürücünün avtomobili vurmamaq üçün manevr etməsi nəticəsində məftillərə dəyərək aşıb. Qəzanın ardınca çox sayda təcili yardım, xilasetmə və polis qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra yaralılar Sərik Dövlət Xəstəxanasına və özəl xəstəxanalara aparılıblar.

Sürücü Osman Ali Kaplan qəza ilə bağlı "Sürətim 70 idi. Birdən bir taksi önümə çıxdı. Yüngül əyləci basdığım zaman maşın sürüşərək aşdı. İçində 19 sərnişin var idi" deyib.

Müəllif: Söylü Ağazadə
Seçilən
83
Mənbələr
Şərh ()
Bağla