AZ

ABŞ İraqda hərbi bazaya hücum edib - YENİLƏNİB

ABŞ Mərkəzi Komandanlığı İraqa zərbələr endirilmədiyini bildirib.

APA xəbər verir ki, bununla bağı ABŞ Mərkəzi Komandanlığı rəsmi "X" hesabında paylaşım edib.

"ABŞ-ın bu gün İraqda hava hücumları təşkil etdiyinə dair xəbərlərdən məlumatlıyıq. Həmin xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqa hava zərbələri endirməyib", - paylaşımda qeyd olunub.

***

04.10

ABŞ İraqın Babil əyalətində “Haşd əş-Şaabi” polis qüvvələrinin qərargahına hava zərbəsi endirilib.

APA xəbər verir ki, bu barədə quruplaşmanın "Facebook" hesabında hücumla bağlı açıqlama yayılıb.

"ABŞ tərəfindən Babildəki Kalso hərbi bazasındakı Qalxan, Seraya əl-Cihad və Nuhbaya hava hücumu həyata keçirilib", - deyə bəyanatda vurğulanıb.

Hücumda ölən və yaralanan olmadığı bildirilib.

Seçilən
158
4
Mənbələr
Şərh ()
Bağla