AZ

Şəhid övladlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində təhsil alan 30- yaxın şəhid övladının Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki əvvəlcə şagirdlər mərkəzlə yaxından tanış olublar. Daha sonra onlarla birlikdə səmimi görüş keçirilib. Görüşdə tarixi zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından bəhs edilib. 

 

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev məktəblilərə hədiyyələr təqdim ediblər.

 

Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar və musiqili konsert proqramları təşkil edilib. Məktəblilər təşkilatçılar ilə birlikdə futbol da oynayıblar.

 

Şəhid fidanları öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Səmimi münasibət, xoş əhval-ruhiyyə uşaqların böyük sevincinə səbəb olub.

 

Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımızın azad olunması uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək, vətənə əmanət olan övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək və onlara xoş və maraqlı bir gün bəxş etməkdən ibarət olub.

 

Onu da qeyd edək ki, şəhid övladları üçün nəzərdə tutulan bu cür tədbirlər məktəblilərin yay tətili dövründə də davam etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11157
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6286
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6249
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6072
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5980
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5837
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4189
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3983
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3861
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3699
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3646
Sabah 20 dərəcə isti olacaq
3223
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2828
Röyanın biabırçı videosu yayıldı
2759
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2697
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2598
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2564
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2514
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2352