AZ

Şimali Osetiyada ukraynalı casusluqda şübhəli bilinərək saxlanılıb

...Şimali Osetiyada Rusiya Silahlı Qüvvələri haqqında məlumat toplayan Ukrayna vətəndaşı saxlanılıb(?).

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Federal Tədqiqat Xidmətinin Şimali Osetiya üzrə sərhəd idarəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, şəxs Rusiya-Gürcüstan sərhədində tutulub.

Respublikanın xüsusi xidmət orqanlarının məlumatına görə, 36 yaşlı ukraynalı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının xüsusi hərbi əməliyyat zonasında yerləşməsi barədə məlumatları toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürürmüş.

Saxlanılan şəxsin məlumatı internet messencer vasitəsilə ötürdüyü müəyyən edilib.

Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsi 20 ilə qədər həbs gözləyir.

Nazlı

Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla