AZ

Seldən əziyyət çəkən İranda timsah həyəcanı: “Şəhərə enə bilərlər”

Ərəb coğrafiyasında yaşanan əlverişsiz hava şəraiti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanla yanaşı, İrana da öz təsirini göstərib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın cənub-şərqindəki Sistan-Bəlucistan və Hörmüzqan əyalətinə təsir edən sel fəlakəti nəticəsində 8 nəfərin həyatını itirib. Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk edərək şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib. Elmi adı Crocodylus palustris olan və bataqlıq timsahı kimi də tanınan bu növə ümumiyyətlə İran və Hindistanın cənubunda rast gəlinir. Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və canlı təbiət ərazilərinə yaxınlaşmamaları xahiş olunub. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla