AZ

"Ona görə vətəndaş nikahına girməsinlər" - MM sədri

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır. Amma Azərbaycanda isə getdikcı artır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.

Anar Kəlbiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq