AZ

“Magistr təhsili nəinki ölkəmizdə..." - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Magistr təhsili nəinki ölkəmizdə, dünyanın hər bir yerində əhəmiyyət daşıyır. Çünki magistr təhsili bakalavr təhsilindən daha üstün təhsildir və ixtisaslaşma baxımından daha əhəmiyyətlidir. Bütövlükdə bakalavr təhsilindən fərqli olaraq, həm də magistr təhsilində ixtisasa dair daha dərin biliklər verilir, eyni zamanda magistraturada oxuyanlar tədqiqatda ilk addımlarını atırlar. Bütün bunlar magistr təhsilinin əhəmiyyətini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

İ.Orucov bildirib ki, işə qəbul zamanı magistr təhsilinin üstünlüyü var: “Çünki işə qəbul zamanı magistr təhsilinə önəm verilməsinin səbəbi burada məzunların aldıqları biliklərin bakalavr təhsilində aldıqları biliklərdən daha dərin olmasıdır. Bu səbəbdən də işə qəbul zamanı qatıldıqları müsabiqədə uğur əldə etməyə daha yaxın olurlar. Magistr təhsili zamanı ixtisasdəyişmə və ya bakalavr təhsilini davam etdirmək isə fərdin istəyinə və məqsədinə bağlıdır.

Hər bir ixtisas vacibdir və ixtisaslar müvafiq qurumlar tərəfindən əmək bazarı araşdırılaraq, hazırlanır. Bu baxımdan bütün ixtisaslar önəmlidir. Əsas olan gənclərin ixtisaslarını peşəkar şəkildə mənimsəməsidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla