AZ

Tarlada təsadüfən Makedoniyalı İskəndərə aid tunc portret tapıldı

Danimarkadakı adalardan birində Makedoniyalı İskəndərin miniatür tunc portreti tapılıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tunc portret bir tarlada təsadüfən tapılıb. Qərbi Zelandiya Muzeyindən verilən açıqlamada tunc portretin diametri təxminən 2,7 santimetrdir, bürünc ərintidən hazırlanıb və bükülmüş qoç buynuzlarından tac taxmış dalğalı saçlı kişihəkk olub. Təsvirə əsaslanaraq, arxeoloqlar onun 32 yaşında vəfat etdiyi zaman imperiyası Balkanlardan müasir Pakistana qədər uzanan qədim Makedoniya krallığının lideri Makedoniyalı İskəndərin portreti olduğunu dərhal tanıyıb. Arxeoloq Freerk Oldenburger, “Bu parça Makedoniyalı İskəndərin bənzərsiz dalğalı saçları və qoç buynuzları kimi tipik xüsusiyyətlərini daşıyır. Təsvir uzun illər əvvəl tapılmış və eyni stildə təsvir edilmiş başqa bir  portret ilə demək olar ki, eynidir" deyib. Əfsanə Rəcəb Mansset.az

 

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla