AZ

“Bu qalibiyyəti bütün dünya uşaqlarına ərmağan edirik” - “Azərreyl”in baş məşqçisi

“Əslində mövsümə qalibiyyətlə başlamışdıq. Amma mövsüm boyu çalışıb əksiklərimizi tamamladıq. Bizim üçün vacib olan sonunda çempion olmaq idi. Buna nail olduq”. Bu sözləri SİA-ya açıqlamasında “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme deyib.

O bildirib ki, “Azərreyl”in hədəfləri hər zaman yüksəkdir.

Baş məşqçi “Azərreyl”in bu qalibiyyəti Türkiyədə 23 aprel qeyd olunan Milli Suverenlik və Uşaq Bayramı münasibətilə bütün dünya uşaqlarına ərmağan etdiyini qeyd edib.

Ləman Sərraf

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla