AZ

Ulduzlararası kosmosa uçan “Voyager 1” “canlanıb”…

...Ulduzlararası kosmosa uçan “Voyager 1” kosmik zondu qəzadan sonra yenidən öz bort sistemlərinin vəziyyəti haqqında faydalı məlumatlar göndərməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Phys.org-un press-relizində bildirilib.

...“Voyager 1” 14 noyabr 2023-cü ildə oxuna bilən elm və mühəndislik məlumatlarını Yerə göndərməyi dayandırmışdı, lakin yenə də əmrləri qəbul edə bilir.

Problem kosmik gəminin üç bort kompüterindən biri, məlumat paketlərini Yerə göndərməzdən əvvəl qablaşdırmaya cavabdeh olan uçuş məlumatları alt sistemi ilə bağlı imiş.

Uçuş məlumatları alt sistemi yaddaşının bir hissəsini saxlamağa cavabdeh olan yalnız bir çip uğursuz olub.

Nazlı

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla