AZ

Rusiyda general rüşvətə görə həbs EDİLDİ

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək həbs edilib. “Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vadimoviç İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək həbs edilib. Zəruri istintaq hərəkətləri həyata keçirilir”, – Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatında deyilir.

Rusiya prezidenti Vladimir Putinə müdafiə nazirinin müavini Timur İvanovun həbsi barədə məlumat verilib, müdafiə naziri Sergey Şoyqu da əvvəlcədən məlumatlandırılıb. “RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Seçilən
75
44
Mənbələr
Şərh ()
Bağla