AZ

Rusiya müdafiə nazirinin müavini rüşvət almadığını bildirib

"Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov iş yerində saxlanılıb, o, rüşvət almaqda günahını etiraf etməyib".

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Rusiya müdafiə nazirinin müavini Timur İvanov hərbi idarənin ehtiyacları üçün podrat və subpodrat işləri zamanı mütəşəkkil dəstənin tərkibində xüsusilə böyük miqyasda rüşvət almaqda təqsirli bilinməyib. İvanov iş yerində saxlanılıb", - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, aprelin 23-də rüşvət almaqda şübhəli bilinərək saxlanılan Timur İvanov barəsində bu gün məhkəmə tərəfinfən iki aylıq həbs qətimkan tədbiri seçib.

T.İSMAYIL

Seçilən
31
44
Mənbələr
Şərh ()
Bağla