AZ

Paşinyan COP29-a gələ bilər - BİZİM ŞƏRH

Bakıda COP29-a ciddi hazırlıq gedir. Dünən keçirilən yüksək səviyyəli forum da bu hazırlığın bir elementi idi.

Forumda sualları cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm açıqlamalar verdi.

Onlardan biri də COP29-a Ermənistanla sülhə aparacaq hansısa sənədin imzalanmasının müsbət addım olacağını və bunun Qafqazda əmin-amanlığa böyük tövhə olacağını aşıq mətnlə bildirdi.

Sirr deyil ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün ikitərəfli danışıqlarda əldə olunan razılıqdan sonra Ermənistan dəstəyini ifadə etmişdi. Deməli irəli getmək və regionda sülhü bərqərar etmək üçün imkanlar var.

Artıq ikitərəfli danışıqların nəticəsində Qazağın 4 kəndi azad olunmasına, sərhədlərin müəyyənləşdirilməsinə start verilib.  

Müşahidə olunan müsbət dinamika və Azərbaycan Prezidentinin sülh çağırəşları deməyə əsas verir ki, COP29-da Ermənistan yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edə bilər. Və hətta bu nümayəndə heyətinə Ermənistanın baş naziri Nikol Paşinyanın özü rəhbərlik edə bilər.

Yada salaq ki, Nikol Paşinyan Türkiyə Prezidentinin andiçmə mərasimində də iştirak etmişdi.

Herbiand.az

Seçilən
90
50
Mənbələr
Şərh ()
Bağla