AZ

Baş nazirinin arvadına qarşı korrupsiya işi üzrə istintaq BAŞLANDI

Madrid məhkəməsi “Təmiz Əllər” həmkarlar ittifaqının şikayətindən sonra İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomezi araşdırmağa başlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Bəyanata görə, Madrid istintaq məhkəməsi Beqonya Qomesə qarşı əlaqələrdən və biznesdə korrupsiyadan istifadə etmək iddiası ilə istintaq hərəkətlərinə başlayıb. "İstintaqın gedişi gizli elan edilib", - press-relizdə qeyd olunur.

“Bu gün öyrəndiyim xəbərdən sonra, hər şeyə baxmayaraq, ölkəmin məhkəmə sisteminə inanmağa davam edirəm”, - Baş nazir parlamentdə çıxışı zamanı deyib.

"El Confidencial" qəzetinin məlumatına görə, araşdırma Qomezin hökumətdən vəsait və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə əlaqələrinə yönəlib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla